1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xocəsəndə şəhid və qazi ailələri üçün salınmış yeni yaşayış kompleksində binanın qarşısına çox sayda itin toplaşması sakinlərin narahatlığına səbəb olub.
Bu barədə ərazidə yaşayan vətəndaşlar Oxu.Az-a şikayət ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, ərazidə əvvəllər də itlər var idi, lakin hazırkı qədər çox olmayıb:
"Havaların isinməsilə 15 binalıq kompleksdə itlərin sayı artıb. Azyaşlı uşağı olanlar çoxdur. Həyətdə oynayan uşaqların yanında itlərin toplanması adamda qorxu yaradır. Narahat olursan ki, hücum çəkər. Həm də boğuşurlar, səsləri bütün həyəti bürüyür. Sahibsiz itlərin təhlükə yaratmasından narahatıq".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət edilib:
"Məsələ edilən müraciət əsasında aidiyyəti mərkəzlərə yönləndirilib".
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
Aygün Mirakif