AZ

Sabahdan bəzi ərazilərdə hava yağmurlu olacaq, sulu qar yağacaq

Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başlayaraq 4-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Seçilən
85
49
qaziler.az

10Mənbələr