AZ

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edən qrup üzvləri həbs olunub

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olunub.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs edilmiş Dünyamaliyev Cavid İlqar oğlunun müdafiəçisinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətinə baxılaraq, təmin olunmayıb.

Məlum olur ki, C.Dünyamalıyev Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş qrup üzvlərindən yalnız biridir.

Qeyd olunan şəxslər Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirib, sahibliklərində olan xüsusi serverlərə ötürmüşlər.

Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları isə bloklanıb.

Qeyd edək ki, dünyada kibercinayətlərin artmaqda olduğu bir vaxtda ilk dəfə 2024-cü ildə Oksford Universitetinin təşkilatçılığı və 92 ixtisaslaşmış beynəlxalq ekspertin iştirakı ilə 3 illik təhlillərin nəticəsi olaraq kibercinayətkarlıqla mübarizə vəziyyəti və əlaqəli kriteriyalar üzrə “Dünya Kibercinayətkarlıq İndeksi” tərtib edilərək yayımlanıb.

İndeksə əsasən, Rusiya, Ukrayna, Çin, ABŞ, Nigeriya, Ruminiya kimi ölkələr kibercinayətkarlıq təhlükəsinin daha yüksək olduğu dövlətlər sırasında qeyd edilib. Azərbaycan ümumi sıralamada 0.13 indeks göstəricisi ilə Lüksemburq və Yaponiya kimi ölkələrlə birgə ən yaxşı göstəricilərə malik dövlətlər sırasında indeksləşdirilib.

Ötən müddətdə Azərbaycan dövlət strukturları tərəfindən kibercinayətkarlığa qarşı ciddi institusional, preventiv və prosessual tədbirlər həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44263
Abdullahianın cəsədi tapıldı - FOTO
32605
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26949
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20147
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17780
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11769
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8166
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8009
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6968
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6921
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5364
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4925
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965