AZ

Dubay yeni terminalın tikintisinə 35 milyard ayırır

Dubay hakimiyyəti şəhərin cənub hissəsində yerləşən Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişin terminalının tikintisinə 128 milyard dirhəm (34,8 milyard dollar) ayıracaq.

Axar.az xəbər verir ki, bunu BƏƏ-nin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum deyib.

Onun sözlərinə görə, hava limanı ildə 260 milyondan çox sərnişin tutumu ilə dünyanın ən böyüklərindən birinə çevriləcək.

400 təyyarəni qəbul edə bilən yenilənmiş nəqliyyat qovşağının beş paralel uçuş-enmə zolağı ilə təchiz ediləcəyi gözlənilir:

“O, hazırkı Dubay Beynəlxalq Hava Limanından beş dəfə böyük olacaq. Yaxın illərdə Dubay Beynəlxalq Hava Limanının bütün əməliyyatları ona veriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
2
axar.az

10Mənbələr