AZ

Məşhur müğənni Qəzzadakı insanlara 2 milyon dollar ayırdı

Image

Dünyaca məşhur müğənni "The Weeknd" Qəzza zolağında ailələrin qidalanmasına kömək etmək üçün öz "XO" humanitar fondundan 2 milyon dollar vəd edib. BMT-nin Ümumdünya Ərzaq Proqramının (BMT ÜDM) saytında verilən məlumata görə, bu pul 1,5 min tondan çox zənginləşdirilmiş buğda ununun alınmasına sərf olunacaq.

Bununla 18 milyon çörək bişiriləcək ki, bu da bir ay ərzində 157 mindən çox fələstinlini doyuracaq. Müğənni pərəstişkarlarını BMT-nin humanitar səylərinə əllərindən gələni ianə etməyə çağırıb.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
Mənbələr
Şərh ()
Bağla