AZ

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib.Missiya.Az xəbər verir ki, növbəti oyun günündə "Xəzri" və "Sərhədçi" kollektivləri üz-üzə gəliblər."Sərhədçi" İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 98:64 hesablı qələbəyə seviniblər.Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq.Ötən gün "Xırdalan" 1/4 finalın digər oyununda "Neftçi"yə 80:75 hesabı ilə qalib gəlib.Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
missiya.az

10Mənbələr