AZ

“Kapital Bank” ötən il 282 mln. manat xalis mənfəət əldə edib – AUDİT HESABATI

“Kapital Bank” ASC 2023-cü il üzrə audit edilmiş hesabatında 282.1 milyon manat xalis mənfəət əldə etdiyi açıqlanıb. 2022-ci ildə onun xalis mənfəəti 304.7 milyon manat idi.

Banker.az bunu bankın konsolidə edilmiş audit hesabatına istinad edir, hansı ki bu hesabatı nüfuzlu “E&Y” audit şirkəti aparıb.

Bank hesabat müddətində faiz gəlirlərini 13 faiz artımla 721.5 mln. manata yüksəlib. Kreditlər üzrə gəlirləri 7% illik artımla 545.4 mln. manata çatdırıb.

“Kapital Bank”ın qeyri-faiz gəlirləri 228.9 mln., qeyri-faiz xərcləri 458.9 mln. və faiz xərcləri isə 110.3 mln. təşkil edib.

Bankın hesabatına əsasən, 1 yanvar 2024-cü il tarixinə kapital balansında 784.5 mln. manat bölüşdürülməmiş mənfəət var.

123123123213123213123

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
27
banker.az

10Mənbələr