AZ

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən hindistanlı saxlanılıb

Azərbaycan ərazisinə gəlmiş 5 nəfər Şri-Lanka vətəndaşına qarşı dələduzluq edilib, onlardan hədə-qorxu ilə pul tələb edilib. Məlumatı DİN mətbuat xidməti verib. 
Məlumata görə, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində təhsil almaq məqsədilə ölkəmizə gəlmiş  Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb.
Araşdırmalar zamanı məlum olub,  M.Prashant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-Lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.
Xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri törəkməkdə şübhəli bilinən M.Prashant barəsində araşdırmalar davam etdirilir. 
Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
 
P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
xalqqazeti.az

10Mənbələr