AZ

"Qarabağ"ın sabiq legioneri millidəki karyerasını başa vurdu

"Qarabağ" klubunun sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

Sportnet.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında bildirib.

Şehiç 14 ildən sonra yığma ilə vidalaşdığını vurğulayıb.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu olub. Təcrübəli oyunçu hazırda Səudiyyə Ərəbistanında "Əl-Halic"in formasını geyinir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
39
sportnet.az

10Mənbələr