AZ

Banqladeşdə qırıcı qəzaya uğradı, pilot öldü

Tarix: 9 May 2024 23:26

Banqladeşdə döyüş təlimi təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot həlak olub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Banqladeş Silahlı Qüvvələrinin informasiya xidməti məlumat yayıb.
"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 təlim təyyarəsi Çittaqonq şəhərinin Patenqa ərazisində mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu katapult edərək xilas olublar", - məlumatda deyilir.
Üçüncü pilot xəstəxanada dünyasını dəyişib.



Təyyarənin səhər saatlarında Karnaxuli çayına düşdüyü bildirilir. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
sonxeber.net

10Mənbələr