AZ

Ağcabədidə ağır QƏZA – Ölən var  

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1991-ci il təvəllüdlü Mirzəyev Emil Sahib oğluna məxsus “VAZ-21011” markalı minik maşını hərəkətdə olarkən 1940-cı il təvəllüdlü Quliyev Türbəndə Talış oğluna məxsus “VAZ-2106” markalı maşınla toqquşub.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan Türbəndə Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
242
50
bizim.media

10Mənbələr