AZ

Azərbaycanla Türkiyənin yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsullar açıqlanıb

Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılıb.

“Report” xəbər verir ki, sənədə görə, 15 məhsul Azərbaycan tərəfindən, 15 məhsul isə Türkiyə tərəfindən təsdiq edilib. Beləliklə güzəştli ticarət tətbiq olunan malların sayı hər ölkə tərəfindən 30-a çatdırılıb. 2020-cu ildə təsdiq olunan sazişə görə, gömrük rüsumundan azadolmalar hər mal qrupuna görə seçilir və 33-100 % civarındadır.

Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 il müddətinə nəzərdə tutulur.

Türkiyənin Azərbaycandan idxal etdiyi malların siyahısı və tətbiq olunan güzəştlər:

HS 2022

Adı

Baza tarif dərəcəsi (BTD)

Əlavə gömrük rüsumu (ƏGR)

Tarifin azaldılma dərəcəsi

1

0813409500

tut, heyva və digərləri

15,4

-

BTD-nin 50% azaldılması

2

2204219300

ağ şərab (tutumu 2 litr və ya daha az həcmli qablarda; Al istehsalı olmayan; mənşəyinə görə qorunan adı ilə (Protected Designation of Origin, PDO) və ya qorunan coğrafi göstəricisi ilə (Protected Geographical Indication, PGI))

70

-

15 000 hl/il kvota daxilində BTD-nin 100% azaldılması

3

2204219400

ağ şərabdan başqa digər şərablar (tutumu 2 litr və ya daha az həcmli qablarda; Al istehsalı olmayan; mənşəyinə görə qorunan adı ilə (Protected Designation of Origin, PDO) və ya qorunan coğrafi göstəricisi ilə (Protected Geographical Indication, PGI))

70

-

4

2204219500

ağ şərab (Al istehsalı olmayan; digər sortluq (bir üzüm növündən); tutumu 2 litr və ya daha az həcmli qablarda)

70

-

5

2204219700

digər ağ şərab (Aİ istehsalı olmayan; tutumu 2 litr və ya daha az həcmli qablarda)

70

-

6

2204219800

ağ şərabdan başqa digər şərablar (tutumu 2 litr və ya daha az həcmli qablarda; Aİ istehsalı olmayan)

70

-

7

2206005900

qıcqırdılmış içkilər, onların qarışıqları, qıcqırdılmış içkilərlə alkoqolsuz içkilərin qarışıqları (köpüklənməyən, qablarda tutumu 2 litr və ya az)

70

-

8

3917211000

sərt borular, şlanqlar; etilen polimerlərindən, tikişsiz (başqa emala məruz qalmamış)

8,5

10

ƏGR-in 100% azaldılması

9

6305321900

polietilen və polipropilen zolaq və ya lentlərdən böyük həcmli elastik konteynerlər (maşınla və ya əllə toxunmuş istisna)

7,2

20

ƏGR-in 100% azaldılması

10

6305339000

qablaşdırma üçün polietilen və polipropilen zolaqlardan ibarət kisə və paketlər və s. (maşınla və ya əllə toxunmuş istisna)

7,2

20

ƏGR-in 100% azaldılması

11

7207111400

dəmirdən və ya aşqarlanmamış poladdan yarımfabrikatlar (qalınlığı 130 mm-dən çox olmayan; yayılmış və ya fasiləsiz tökmə ilə alınmış, tərkibində 0,25 kütlə %-dən az karbon olanlar)

22,5

BTD-nin 50% azaldılması

12

7207201500

dəmirdən və ya aşqarlanmamış poladdan yayılmış və ya fasiləsiz tökmə ilə alınmış digər yarımfabrikatlar (0,25 kütlə % və ya daha çox, lakin 0,6 kütlə %-den az karbon olan, eni ikiqat qalınlığından az olan, düzbucaqlı (kvadrat daxil olmaqla)

22,5

BTD-nin 50% azaldılması

13

7213911000

dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar (isti yayılmış, rulonlarda, diametri 14 mm-den az; betonun armaturlaşdırılması üçün istifadə olunan)

30

BTD-nin 50% azaldılması

14

7214991000

dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar (tərkibində 0,25 kütlə %-dən az karbon olanlar; dörd tərəfi isti yayılmış, betonun armatur- laşdınlması üçün istifadə olunanlar)

30

BTD-nin 50% azaldılması

15

7606119100

aşqarlanmamış alüminiumdan plitələr, vərəqlər, zolaqlar və ya lentlər (qalınlığı 3 mm-dən az, düzbucaqlı və kvadrat şəklində)

7,5

7

ƏGR-in 100% azaldılması

Azərbaycan Respublikasının Türkiyə Respublikasından idxal etdiyi mallar orada göstərilən güzəştlərə tabedir.

HS 2022

Adı

Baza tarif dərəcəsi (BTD)

Tarifin azaldılma dərəcəsi

1

3302 10 400 0

digərləri

15

BTD-nin 100% azaldılması

2

3923 30 101 0

həcmi 21-dən çox olmayan məmulatların hazırlanması üçün preformalar

15

BTD-nin 33% azaldılması

3

4410 11 100 0

emal edilməmiş və ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış

5

BTD-nin 100% azaldılması

4

4418 29 000 1

iynəyarpaqlı növlərin oduncağından qapılar və onların çərçivələr) və kandarları

15

BTD-nin 66% azaldılması

5

4803 00 310 0

25 q-dan çox olmayan

15

BTD-nin 100% azaldılması

6

4819 20 000 0

büzməli olmayan kağızdan və ya büzməli olmayan kartondan hazırlanmış qatlanan kiçik qutular, yeşiklər və qutular

15

BTD-nin 100% azaldılması

7

7408 11 000 0

en kəsiyinin maksimum ölçüsü 6 mm-dən çox olan

5

BTD-nin 100% azaldılması

8

7612 90 800 0

digərləri

15

BTD-nin 33% azaldılması

9

8309 90 900 0

digərləri

15

BTD-nin 100% azaldılması

10

8413 91 000 9

digərləri

5

BTD-nin 100% azaldılması

11

8422 40 000 0

digər qablaşdırma və bükmə (qablaşdırma materiallarını termogeydirmə üsulu ilə bürüyən avadanlıq daxil olmaqla) üçün avadanlıq

5

BTD-nin 100% azaldılması

12

8450 11 110 0

öndən doldurulan maşınlar

15

BTD-nin 33% azaldılması

13

8450 11 900 0

həcmi 6 kq quru paltardan çox, lakin 10 kq-dan çox olmayan

15

BTD-nin 33% azaldılması

14

8528 72 200 0

tərkibində videoyazan və ya videocanlandıran olan aparatura

15

BTD-nin 33% azaldılması

15

8708 99 970 0

digərləri

5

BTD-nin 50% azaldılması

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
345
2
report.az

10Mənbələr