AZ

Ərdoğan iyulda ABŞ-a gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a əvvəllər təxirə salınmış səfər edə bilər.

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında deyib.

“Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb”, – “Yeni Akit” qəzeti Bassın sözlərindən sitat gətirib.

Diplomat həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Türkiyə rəsmilərinin əvvəllər bildirdiyinə görə, Ərdoğanın ABŞ-a səfəri mayın əvvəlinə planlaşdırılırdı.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
36
modern.az

10Mənbələr