AZ

Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie Azərbaycan səfiri Ruslan Nəsibovu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Efiopiyanın baş diplomatı sosial şəbəkədə bildirib.

“Azərbaycanın səfiri cənab Ruslan Nəsibov ilə görüşdə ikitərəfli əməkdaşlığımızın gücləndirilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 Sammiti ilə bağlı müzakirələr aparılıb”, – XİN başçısı qeyd edib.

O, COP29-un “planların gerçəkləşdiyi yer olacağına və iqlim fəaliyyətinə dair anlamlı addımlar atan ölkələrin iqlim böhranını həll etmək səylərində tanınacaq və dəstəklənəcəyi bir hadisə olacağına ümidvar olduğunu” vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
50
operativmm.az

10Mənbələr