AZ

Elita üçün qızıl həbsxana: Kim Çen In gizli nüvə şəhərciyi tikir - FOTO

Şimali Koreya lideri nüvə silahına arxalanmaqda davam edir, bu sahəyə sərmayə qoyur. Onun yeni ideyası alimləri və mühəndisləri dəbdəbəli şəraitdə, lakin ərazini tərk etmək hüququ olmadan həbs etməkdir.


Sfera.az bildirir ki, Şimali Koreya liderinin nüvə silahını sınaqdan keçirməsi ilə bağlı xəbərlər getdikcə daha çox yayılır. Xüsusilə, martın 18-də Şimali Koreya dənizdən nüvə başlıqları daşıya bilən ballistik raket buraxıb.

 

Cənubi Koreya Məxfi Xidməti Kim Çen Inın ABŞ-la nüvə danışıqları aparmaq istədiyini və regional münaqişəyə başlamağa hazır olduğunu müəyyən edib. Avropa təhlükəsizlik xidmətinin məlumatına görə, birbaşa nüvə təhlükəsi ilk növbədə Vaşinqtona, bundan sonra onun müttəfiqlərinə qarşı yönəlib.


Şimali Koreya lideri nüvə proqramına yüz milyonlarla dollar xərcləməklə hərbi rəhbərliyini hazırlayır. İndi isə Kim Çen In alimlər və hərbçilər üçün öz şəhərini tikmək qərarına gəlib. Onun təxmini görünüşü dizayn sənədlərindən məlum olsa da, gizli nüvə şəhərciyinin real fotoları yoxdur.

 

Hazırda Şimali Koreyada daha bir yuxarı təbəqə yaranıb: partiya elitası ilə yanaşı, nüvə elitası formalaşır. Kim Çen In bu elitaya nüvə enerjisi ilə təmin edəcək kişilər və qadınlar üçün xüsusi şəhərin layihələndirilməsini və tikintisini əmr edib. Kompleks paytaxt Pxenyanın şimalında, Çonqren-san dağında yerləşir.


Lakin mediada qeyd olunduğu kimi, nüvə şəhərciyi daha çox “qızıl həbsxana”nı xatırladır. Şimali Koreyanın yeni elitası üçün evlərdən əlavə idman meydançaları, hovuzlar və mədəniyyət evləri tikilir. Bununla belə, bütün bu şəhər hermetik şəkildə; çöldə və içəridə möhürlənəcək. Onun sakinləri ərazini yalnız hökumət icazəsi ilə tərk edə biləcəklər. Jurnalistlər belə sərt məhdudiyyətlərin xəyanət qorxusuna görə tətbiq edildiyini ehtimal edirlər.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
50
sfera.az

10Mənbələr