AZ

Meksika Prezidenti ABŞ sərhədini keçən miqrantların sayının iki dəfə azaldığını bildirib

İlin birinci rübündə ABŞ-Meksika sərhədini qanunsuz keçənlərin sayı, demək olar, iki dəfə azalıb.

“Report” xəbər verir ki, bunu Meksikanın Prezidenti Andres Manuel Lopes Obrador mətbuat konfransında açıqlayıb.

“Dekabrda şimal sərhədimizdə böhran var idi, gündə 12 min miqrant. Biz [ABŞ ilə] birgə səylər göstərmişik və o [miqrant axını], ortalama 6 minədək azalıb. Dörd ay ərzində 50 % azalma, indi isə o, daha da azalıb”, – Meksika lideri bildirib.

Prezident əlavə edib ki, onun mayın 9-da Ağ evin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud-Rendalla görüşü məhz qanunsuz miqrasiya məsələlərinə həsr olunmuşdu.

“Biz əlaqəli iş görürük. Sözsüz, yanaşmamızı dəyişmirik: ABŞ hökuməti Latın Amerikası və Karib hövzəsinin yoxsul ölkələrinə səbəblərin aradan qaldırılmasına yönləndirilə biləcək sərmayə qoymalıdır. Bizim mövqeyimiz budur: lap əvvəldən səbəbləri aradan qaldırmaq, həmçinin müdafiə məsələsində miqrantlara yardım etmək, miqrant axınını nizamlamaq”, – Obrador izah edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
50
report.az

10Mənbələr