AZ

45 yaşlı polis əməkdaşı 19 yaşlı hamilə qadını zorladı, sonra da...

Moldovanın Orxey şəhərində dəhşətli cinayət baş verib.

News365.az xəbər verir ki, 45 yaşlı asayiş keşikçisi gənc hamilə qıza təcavüz edib, sonra isə onun həyatına son qoyub.

Bu barədə Aif.ru məlumat yayıb. Hadisə aprelin 12-də baş verib, 6 aylıq hamilə olan qız axşam saatlarında evə qayıdarkən sevgilisi onu maşınına mindirə bilməyib. Nəticədə o, başqa avtomobilə minərək evə getmək istəyib.

Polis qızın nömrəsiz avtomobilə mindiyini öyrənib, bu anlar müşahidə kameralarına düşüb. “Ford” markalı avtomobilin sahibinin uşaq koloniyasında işləyən yerli 45 yaşlı keçmiş polis əməkdaşı olduğu üzə çıxıb.

Qızın cəsədi şübhəlinin evindən 21 kilometr aralıda dərənin dibində tapılıb. Müəyyən edilib ki, ölüm kəllə-beyin travması nəticəsində baş verib. Ölümündən əvvəl o, təcavüzə məruz qalıb və qollarında iynə izləri tapılıb. Həmin şəxs saxlanılsa da, təqsirini inkar edir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
50
news365.az

10Mənbələr