AZ

Goranboyda yük maşını qəzaya DÜŞDÜ

Goranboyda yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "KAMAZ" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir ara kəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da yük maşınına və yol təsərrüfatına ziyan dəyib. İlkin məlumata görə, yük maşınını digər avtomobil vuraraq hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
17
unikal.az

10Mənbələr