AZ

Polis əməkdaşları əməliyyat nəticəsində müxtəlif çaplı odlu silahlar aşkar etdilər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Avtosfer.az xəbər verir ki, mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 125 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, mayın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 2 patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
49
avtosfer.az

10Mənbələr