AZ

Qəzzada ölənlərin sayı 35 min 272-yə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 39 nəfər artaraq 35 min 272-yə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu hücumlarda daha 64 fələstinlinin isə yaralandığı bildirilib. Bununla da yaralıların sayının isə 79 min 205-ə yüksəldiyi qeyd edilib. 

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
6
operativmm.az

10Mənbələr