AZ

Qaxda dolu təsərrüfata ciddi ziyan vurub

Qax rayonuna dolu düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbiət hadisəsi dünən axşam saatlarında Qaxın mərkəzinə və rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.

Rayon sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, bir neçə dəqiqə davam edən dolu nəticəsində təsərrüfata, o cümlədən meyvə ağaclarına ziyan dəyib.

Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan nəticəsində dağ çaylarında sululuq artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
45
report.az

10Mənbələr