AZ

"Bayer" 29 ildən sonra rekordunu təkrarladı

UEFA Avropa Liqasının qrup mərhələsində "Hakken"i məğlub edən (2:0) "Bayer"  avrokuboklardakı rekordunu təkrarlayıb.

Bizim.Media xəbər verir ki, bu, Leverkuzen təmsilçisinin UEFA Avropa Liqasının 2023/24 mövsümünün qrup mərhələsindəki 5-ci qələbəsi olub.

Almaniya klubu bununla 1994/95 mövsümündə UEFA kubokunda müəyyən edilmiş klub rekordunu təkrarlayıb. "Bayer" o vaxtdan indiyədək heç vaxt ardıcıl beş avrokubok matçında qalib gələ bilməmişdi.
Xabi Alonsonun komandası bütün turnirlərdə ardıcıl 14 oyundur ki, qalib gəlir.

Qeyd edək ki, "Qarabağ"la eyni qrupda yer alan "Bayer" 15 xalla lideridir və 1/8 finala vəsiqəni təmin edib.

Bizim.Media
 

Seçilən
82
21
bizim.media

10Mənbələr