AZ

Zaqatalanın Gözbarax kənd məktəbinin müəllimləri qızılca haqqında məlumatlandırılıblar

Ötən həftə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının İlkin Səhiyyə xidmətinin rəhbəri Nuranə Səttarova və Zaqatala Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Arzu Səfərova Gözbarax kənd məktəbində müəllimlər üçün qızılca haqqında maarifləndirici tədbir keçiriblər.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Tədbir iştirakçılarına ümumi təhsil müəssisələrində yoluxucu xəstəliklərə qarşı nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
 
Valideynlərə bildirilib ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.
Seçilən
79
aztibb.az

1Mənbələr