Gürcüstan Rusiya ilə gizli danışıqlar aparmır. İki ölkə arasında bu cür qarşılıqlı əlaqəni parlamentdə çıxışı zamanı baş nazirin müavini, respublikanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Gürcüstan nümayəndə heyətinin nümayəndələrin iştirak etdiyi “Bir kəmər, bir yol” forumunda təkzib edib.
Publika.az xəbər verir ki, adı çəkilən formda Rusiya nümayəndə heyəti də iştirak edib. Gürcüstanın baş nazirinin müavininin sözlərinə görə, Gürcüstan yarandığı gündən bu təşəbbüsün iştirakçısıdır. Bir çox Avropa İttifaqı (Aİ) ölkələrinin üzvü olduğu təşəbbüsdə Rusiya Federasiyası da demək olar ki, həmişə iştirak edib.
“Əgər kimsə təsəvvür etmək istəsə ki, bu gün Gürcüstan hakimiyyəti hər hansı şəkildə ölkənin maraqlarına xələl gətirir və cəmiyyətdə yanlış şəkildə yayılan hansısa gizli dialoq aparır, mən birmənalı və birbaşa deyə bilərəm ki, bu belə deyil”, - deyə Davitaşvili bildirib.
Cəmilə