AZ

Klublar kütləvi şəkildə Super Liqaya qarşı çıxırlar

Avropa Məhkəməsi müvafiq qərarı ilə Super Liqaya yaşıl işıq yandırdıqdan sonra böyük futbol beşliyi bu qərara münasibətini açıqlayıb.

Arena.az məlumat verir ki, İspaniya, İngiltərə, İtaliya, Fransa və Almaniya futbol rəhrərliklərinin mövcud sistem ətrafında həmrəyliyi diqqət çəkib.

Belə ki, federasiya və liqaların UEFA-nın tərəfində mövqe tutması mənzərəsində, bir çox klublar da müstəqil surətdə Super Liqaya qarşı çıxıblar.

Artıq “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Atletiko” (Madrid), “Sevilya”, “İnter”, PSJ və “Bayern” düşərgəsindən Super Liqaya ilk imtina mövqeləri sərgilənib.

Digər klubların da yerli liqaların və futbol nəhənglərinin cəbhəsinə keçəcəyi ehtimal edilir.

Seçilən
96
arena.az

1Mənbələr