“Bu gün dünyanın super güclərindən biri olan Çin Prezidenti Si Çinpin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrikində iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətləri haqqında söhbət açıb. Doğurdan da, Çin dünyanın super güclərindən biridir, onun ərazisi 9 milyon 780 min 960 kvadrat kilometrdir, əhalisinin sayı isə 1 milyardı keçib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq bildirib ki, Çin həm də BMT TŞ-nin daimi 5 üzvündən biridir: “Azərbaycanla Çin arasında strateji əməkdaşlıq yönündə işlər aparırıq, münasibətlərimiz dostluq, əməkdaşlıq istiqamətində daha da inkişaf edir. İki ölkə arasında nəqliyyat, logistika sahəsi xüsusi yer tutur. Çünki, beynəlxalq daşımalarda bu sahə mühüm yerə malikdir. Eyni zamanda Çin Azərbaycan üzərindən Avropaya Çin məsullarının daşınmasında maraqlıdır. Hazırda Azərbaycanın üzərindən keçən orta dəhlizlə bağlı tikintidə də Çin böyük maraq göstərir. Biz də Çinlə iqtisadi, siyasi, diplomatik əlaqələrin inkişafından maraqlıyıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta