“Maynts” və “Ayntraxt” klublarının azarkeşləri kütləvi dava salıblar və münaqişənin bəzi iştirakçıları müxtəlif dərəcəli xəsarətlər alıblar.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra hər iki komandanın azarkeşləri müxtəlif istiqamətlərə səpələnməyə başlayıblar və bu yolla sivişib aradan çıxmağa çalışıblar. Bununla belə, polis 40-a yaxın adamı həbs edə bilib, onlardan bəziləri yaralıdır. Qanunu pozmuş şəxslərin mobil cihazları da əlavə araşdırma üçün müsadirə edilib.
Saxlanılanların ictimai asayişi pozmaqda ittiham edildiyi vurğulanır.
Bundesliqanın 16 turundan sonra “Ayntraxt” 24 xalla turnir cədvəlinin 6-cı, “Maynts” isə 10 xalla 16-cı pilləsində qərarlaşıb.