Bəzi vətəndaşlar həkimlərin onları lazımsız analizlərə göndərdiyini, heç bir ehtiyac olmasa da, onlara maddi ziyanın dəydiyini bildirirlər.Maraqlıdır, belə hallarda qanunvericiliyə əsasən tədbir görmək olarmı?Olaylar.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, xəstə müayinələrin nə qədər əsaslı və lazımlı olmasını bilmək hüququna malikdir:""Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Əgər həmin müayinələrin və ya onun bir hissəsinin xəstəliyin müəyyən olunması və müalicə edilməsində zəruri olmaması təsbit edilərsə, xəstənin həkimə və ya həkimin işlədiyi klinikaya qarşı tələb irəli sürmək hüququ yaranır".Vəkil qeyd edib ki, xəstə sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün zəruri olmayan və ya müalicənin düzgün və effektiv aparılmasına təsir etməyən müayinələrə xərclədiyi pulun geri qaytarılmasını tələb edə bilər:"Bunun üçün ilk növbədə mütəxəssis rəyi verilməlidir. Əgər mütəxəssis müayinələrin lazımsız və zəruri olmaması qənaətinə gələrsə, buna görə ödənilmiş pulu həkim və ya onun işlədiyi klinika xəstəyə ödəməlidir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta