Bakıda təhlükəli şəkildə qayda pozan sürücü çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, "Land Rover" markalı avtomobilin sürücüsü sükan arxasında imkansız bir şəxsə görüntülü zəng edərək ona yardım edəcəyini deyib. Lakin bu hərəkəti etməklə o həm özünü, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyub.
Yollarda baş verən qəzaların səbəblərindən biri də mobil telefondur. Sükan arxasında telefondan istifadə zamanı fikir yayındığı üçün qəza qaçılmaz olur. Çox təəssüf ki, sürücülər bunun əhəmiyyətinə varmırlar və ciddiliyini qəbul etmirlər. Qəza baş verəndə isə artıq hər şey gec olur.
Leyla