AZ

Nehrəm Qəsəbə Sahə Xəstəxanası cərimələnə bilər

“Nehrəm Qəsəbə Sahə Xəstəxanası” publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilib. İş hakim Günay İsmayılın icraatına verilib.

Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Seçilən
117
7
e-huquq.az

10Mənbələr