6 yaşlı qız uşağı divanın üzərində olan yad cismin qarnın ön divarına girməsi sonucu təcili xəstəxanaya çatdırılıb.
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov sosial şəbəkədə məlumat paylaşıb.
Məlumatda bildirilir: "Rentgen və Kt çəkildi, yad cismin qarın boşluğuna girdiyini gördük. Xəstə təcili əməliyyata alındı. Yad cisim (tikiş iynəsi) qarın boşluğuna girərək qaraciyəri zədələyərək qanatmışdır. Laparoskopik yolla yad cisim xaric edildi".