Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəAbşeron rayonu, Fatmayı kəndi ərazisində hərbi sursatın aşkaredilməsi barədə məlumat daxil olub.
Naizrlikdən Trend-ə verilən məlumata görə, dərhal FHN-in XüsusiRiskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevikqrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyənedilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.