Livanın cənubunda İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurma nəticəsində 4 Hizbullah üzvü və 3 Əməl Hərəkatı üzvü öldürülüb.
Hizbullah və onun Livandakı müttəfiqi Əməl Hərəkatı İsrail-Livan sərhədində İsrail qüvvələri ilə toqquşmalarla bağlı açıqlama verib.
Açıqlamada Livanın cənubunda baş verən qarşıdurmalarda 4 Hizbullah üzvünün həyatını itirdiyi qeyd edilib.
Sözügedən qarşıdurmalarda Əməl Hərəkatının 3 üzvünün də öldüyü bildirilib.
İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən etibarən baş verən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 205-ə, Əməl Hərəkatı üzvlərinin sayı isə 11-ə yüksəlib.
Bundan başqa, toqquşmalarda 12 Fələstin İslami Cihad hərəkatı və 12 ''Həmas'' hərəkatı üzvü, həmçinin 41 livanlı mülki şəxs, 2 təhlükəsizlik xidməti əməkdaşı, 6 İsrail mülki vətəndaşı və 11 İsrail əsgəri həyatını itirib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Livanın cənubunda artan qarşıdurmalara görə 88 min insanın yurd-yuvalarından didərgin düşdüyünü bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta