AZ

Qobuda küçə itləri uşağa hücum edib? - VİDEO

Abşeron rayonu Qobu qəsəbəsində azyaşlının itlərin hücumuna məruz qaldığı və ağır xəsarətlər aldığı bildirilir.
 
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İddia olunur ki, küçə itləri azyaşlı uşağa xəsarətlər yetirib. Görüntülərdə sakinlərin kimisə xalçanın arasında təcili tibbi yardım maşınına doğru apardığı əks olunub.
 
Hətta videonu çəkən qadın itlərin hücumuna məruz qalan uşağın öldüyünü də iddia edib.
 
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirdi ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: “Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.

 
Seçilən
39
15
hit.az

10Mənbələr