“Xəzri” Azərbaycan Kubokunun A qrupunun oyunu çərçivəsində “Xırdalan”a 74:64 hesabı ilə qalib gəlib.
İdmanxeber.az xəbər verir ki, oyundan sonra qalib komandanın baş məşqçisi Murat Dikmen hədəflərinin final olduğunu açıqlayıb:
“Bəli, kubokda irəliləyirik. Yarımfinala yüksəldik. “Neftçi” ilə matçdan sonra yarımfinalda hansı komanda ilə oynayacağımız bəlli olacaq. Həmin mərhələni də ayrıca düşünəcəyik. Finala çıxaraq kuboku qazana bilərik. Liqada liderik, kubokda yarımfinala çıxmışıq, bunların heç biri təsadüf deyil. Hamısını çox və doğru çalışaraq etmişik. Bütün rəhbərliyə, menecerlərə, oyunçularımı, köməkçilərimi, azarkeşlərimizi təbrik edirəm. Yarımfinalı onlara hədiyyə edirik. Ümidvaram ki, kuboku qazanıb onlara daha dəyərli hədiyyə verərik”.