Ötən gecə İspaniya Kral Kubokunun ilk tur matçında "Xetafe" səfərdə "Tardienta"nı 12:0 hesabı ilə məğlub edib.
BAKU.WS xəbər verir ki, tarixi hesabdan sonra “Xetafe” növbəti mərhələyə yüksəlib.
Belə ki, “Xetafe”yə qələbə gətirən qolları 7-ci dəqiqədə Con Patrik, 15-ci və 54-cü dəqiqələrdə Meyson Qrinvud, 30-cu dəqiqədə Antoni Lozano, 33-cü dəqiqədə Jordi, 35-ci, 56-cı və 63-cü dəqiqələrdə Oskar Rodriges, 68-ci dəqiqədə Dominqos Duarte, 73-cü dəqiqədə Latasa, 78 və 85-ci dəqiqələrdə isə Borxa Mayoral tərəfindən vurulub.
Oyunun nətucəsi idmansevərlər tərəfindən böyük maraqla qarşılanıb.
![](https://baku.ws/uploads/posts/2023-11/1698907371_mg_0721.jpeg)