AZ

Bakıda “Porşe” qəza törətdi - Video

Bakının mərkəzi küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, 99-EK-514 dövlət nömrə nişanlı “Mersedes-Benz” markalı avtomobil 99-SS-776 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Mersedes-Benz”in ön hissəsinə ciddi ziyan dəyib.

Xəsarət alanların olub-olmadığı haqqında hələlik məlumat verilməyib.

Görüntüləri təqdim edirik:

Seçilən
76
2
axar.az

3Mənbələr