AZ

İsrail 2 milyard verir: 1 milyon fələstinli Türkiyə vətəndaşlığı alacaq?

Türkiyə Rəyasət Heyətinin Rabitə Müdirliyinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olacağına dair iddiaları təkzib edib.

Publika.az xəbər verir ki, Dezinformasiya ilə Mübarizə Mərkəzi “Netanyahudan açıqlama: 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olub Türkiyədə yaşaması üçün Ərdoğanla razılaşdıq” yazılarından sonra açıqlama yayıb.

Açıqlamada iddianın doğru olmadığı bildirilərək "Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın belə bir görüşü və ya İsrail Baş naziri Benyamin Netanyahunun belə bir açıqlaması yoxdur. İddialar tamamilə uydurmadır" ifadələri işlədilib.

Seçilən
18
1
publika.az

2Mənbələr