Uqandanın şimalında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 119 min nəfər əhalisi olan Lira şəhərindən 16 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.