Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətçi deputata qarşı 250 min lirə (təxminən 7,3 min dollar) mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın "X" sosial şəbəkəsində yazıb.
“Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir üzrə millət vəkili Tuncay Özkanın prezidentimizə qarşı əsassız və vulqar ifadələri ilə bağlı 250 min türk lirəsi mənəvi ziyana görə təzminat iddiası qaldırılıb”, - deyə o bildirib.