AZ

32 ildir ki, həsrətində idik… — VİDEO

Azərbaycanda 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd edilib.



İctimaimedia.az xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarəti altına keçib.



Laçın Şəhəri Günü Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq hər il təntənəli şəkildə qeyd edilir.



Bu il laçınlılar bu günü öz torpaqlarında xüsusi təmtəraqla qeyd ediblər.



“Öz evimdə, öz Vətənimdəyəm. Hər gün Laçının bir bölgəsini, bir kəndini kəşf edirəm. Bulaqlarını, şəlalələrini, meşələrini, göllərini gördükcə daha çox vuruluram. Hər gördüyüm yerdə Laçına daha çox aşiq oluram”, – deyə Laçın sakini sevincini Baku TV-yə bölüşüb.

Seçilən
114
ictimaimedia.az

1Mənbələr