İran hakimiyyəti HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə İsrailə lazımi anda cavab verəcək, lakin Tehranın tədbirləri apreldəki hücumlardan fərqli olacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq deyib.
"Cavab parametrləri, icrası, gücü baxımından əvvəlki hərəkətlərdən fərqli olacaq. Onlar təhlükəsizlik qüvvələrinin və silahlı qüvvələrin komandirləri tərəfindən münasib vaxtda və uyğun yerdə müəyyən ediləcək",- o bildirib.
Səfir qeyd edib ki, İranın 2024-cü il aprelin 14-də İsrailə endirdiyi ilk "Doğru vəd" əməliyyatı güc nümayişi idisə, ikinci belə əməliyyat gücdən istifadə olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun