"Trend" xəbər verir ki, bu tədbir beynəlxalq ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşdığı bir vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.
Qeyd edilib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən, vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. COP (Conference of Parties) abbreviaturu İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
10Mənbələr
-
demokrat.azBakıda İqlim Fəaliyyəti Həftəsi keçiriləcək ( 11291263)
-
az.trend.azMuxtar Babayev Dünya Bankının nümayəndələri arasında COP29-a hazırlıq müzakirə edilib ( 11022784)
-
turkic.worldAzərbaycan iqlim üzrə hesabatların hazırlanmasında ölkələrə kömək edir – Muxtar Babayev ( 10531726)
-
turkic.worldBakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) bütün tələblərə cavab verir – Andre Korrera ( 10531530)
-
olaylar.azİqlim dəyişikliyi ilə mübarizədə atılan adımların şəffaflığına ehtiyac var - Asel Raimkulova ( 10530481)
-
anews.azİqlim dəyişikliyi bütün bəşəriyyət üçün təhlükədir ( 10529932)
-
olaylar.azBakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) inkişaf edən ölkələrin tələblərinə cavab verir – Andre Korrera ( 10529026)
-
day.azAzərbaycan iqlim üzrə 2 illik şəffaflıq hesabatlarının hazırlanmasında ölkələrə kömək edir – Muxtar Babayev ( 10526851)
-
olaylar.azAzərbaycan iqlim üzrə 2 illik şəffaflıq hesabatlarının hazırlanmasında ölkələrə kömək edir – Muxtar Babayev ( 10526377)
-
olaylar.azYaponiya Bakı Qlobal İqlim Şəffaflığı Platformasını dəstəkləyir – Müavin ( 10522972)