Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda baş verib.
Təyyarədə 14 nəfər olub, onlardan 6-sı ölüb, 8-i yaralanıb.
Qeyd edilib ki, helikopter Pakistanın neft kəşfiyyatı və hasilatı ilə məşğul olan “Mari Petroleum Limited” şirkətinə məxsus olub. O, texniki səbəblərdən neft yatağının yaxınlığında qəzaya uğrayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta