\"Hizbullah”ın Mərkəzi Şurasının üzvü Nabil Kauk öldürülüb.
AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib.
Şeyx Nabil Kauk \"Hizbullah”ın idarə edilməsində mərkəzi fiqurlardan biri olub və hərbi əməliyyatlarla bağlı bir sıra strateji məsələlərə cavabdeh idi.