AZ

“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi - FOTO

Korporativ sosial məsuliyyət prinsipinə sadiq qalan və BMT Qlobal Sazişinin üzvü olan “Nar” Nyu-Yorkda keçirilən BMT Qlobal Sazişinin Liderlər Zirvəsində təmsil olunub. Tədbirdə iştirak “Nar”ın davamlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə olan sadiqliyini vurğulayır.

Ölkəmiz üçün xüsusi önəm daşıyan COP29 tədbiri ərəfəsində keçirilən zirvə qlobal iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində özəl sektorun roluna dair müzakirələr üçün mühüm platforma təqdim edib.

“Nar” burada ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) strategiyasının icrası ilə bağlı faydalı təcrübələr əldə edib və qarşıdakı tədbirlərdə bu sahədəki fəaliyyətlərini daha da genişləndirmək üçün imkanlar qazanıb.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Seçilən
38
28
e-huquq.az

10Mənbələr