Manset.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, avtobusların işi hərəkət intervalına uyğun olaraq tənzimlənir.
Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir.
Onu da qeyd edək ki, sərnişinlər qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət edə bilərlər.