AZ

Netanyahu: “BMT sülhməramlılarını Livandan çıxarın”

İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 13-də BMT-nin Baş katibi Antonio Quterreşi sülhməramlıları Livanın cənubundan çıxarmağa çağırıb.

"Bu indi, dərhal edilməlidir", - o deyib. 

Onun sözlərinə görə, sərhədə yaxın postlarda BMT sülhməramlıları "Hizbullah”ın girovuna çevrilirlər.

Sülhməramlıların bir neçəsinin yaralandığı insidentə görə bir çox ölkə İsraili qınayıb, sülhməramlıların həyatını riskə atmağı dayandırmağa çağırıb. 

"Hizbullah”ın BMT müşahidə məntəqələrinə yaxın məkanları vurduğunu açıqlayan İsrail ordusu hadisədən təəssüfləndiyini bildirib.
Seçilən
38
arqument.az

1Mənbələr