AZ

Hamının bildiyi “sirr”, yaxud beş “yox”dan biri...

Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan erməni toplumu ilə bağlı maraqlı fikirlər səsləndirib. Paşinyan açıq şəkildə qeyd edib ki, ermənilərdə ədalət hissi yoxdur.

 

Ermənilərdə ədalət hissinin yoxluğu hər kəsə məlum olan "sirr" olsa da, bu gerçəkliyin baş nazir səviyyəsində dilə gətirilməsi erməni ədalətsizliyinin rəsmi təsdiqi və etirafı sayıla bilər.

 

Paşinyanın da qeyd etdiyi kimi, “erməni” və “ədalət” məfhumu bir-birinə zidd olan anlayışlardır. Ermənistan bunu Birinci Qarabağ müharibəsində minlərlə mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməklə, Vətən müharibəsində yaşayış məskənlərinə raket zərbələri endirməklə, körpələri qətlə yetirməklə sübut edib. Bu mənada Paşinyanın açıqlamasını gecikmiş də, olsa haqlı etiraf adlandırmaq olar. Ancaq bu etirafın özündə də bir yarımçıqlıq, natamamlıq mövcuddur. Çünki ermənilərdə çatışmayan yalnız ədalət hissi deyil. Ermənilərdə çatışmatan həm də vicdan, şərəf, ləyaqət, əxlaq kimi insani dəyərlərdir. Bu mənada Paşinyan məlum çıxışında beş “yox”dan sadəcə birinə toxunmaqla həqiqətin yalnız bir üzünə diqqət çəkib. Bununla da  beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadıb, onlara şikəst, yarımçıq həqiqət təqdim edib. Yarımçıq həqiqətin isə yalandan pis olduğu hər kəsə məlumdur.

 

Bəli, erməni toplumu ədalətdən məhrumdur və bu işin pis tərəfidir. Lakin işin daha pis tərəfi odur ki, bu da ədalətin sonradan qazanılan, sonradan əxz edilən bir dəyər olmadığıdır.

 

Ədalət də sevgi, xeyirxahlıq, mərhəmət, ləyaqət kimi elə ali hislərdəndir ki, o insanda ya olur, ya da olmur. Əgər kimsə bu hislərlə doğulmayıbsa, onun sonradan bu dəyərlərə yiyələnməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, ədalət və əxlaq erməni toplumu üçün sonsuza qədər əlçatmaz olaraq qalacaq.

 

Seymur ƏLİYEV

 

Seçilən
69
13
moderator.az

10Mənbələr