AZ

Casusun evi yandı...

Siyasətdə sinxronizmlər çox vacibdir. Gərək bu sinxronizmlərə çox diqqətli olasan. Ayrıca siyahısını tutasan bu sinxronizmlərin.Misal üçün, Fransa-Azərbaycan münasibətləri Fransa-İsrail münasibətləri ilə paralel - sinxron korlanıb. Korlanır. Bu sinxron qarşısında tam tərsinə - İran-Fransa (həm də Ermənistan) münasibətləri yeni dinamika qazanır özünə. Makronun Pezeşkiana zəngi də əslində birinci deyil. Növbəti zəngdir ancaq. Bu zənglə Fransa-İran münasibətlərinin yeni pilləsi başlayır. Məlumatın mətbuata sızdırılması məqsədlidir. Subliminal mesaj məzmunludur - yəni indiyədək gizli olan zənglər, münasibətlər artıq leqallaşdırılır.İran inqilabədək sırf anqlosaks nəzarətində, kurasiyasında idi. İngilislər, Səməd Vurğun demiş, “şlyapalı iblislər”, ABŞ respublikaçıları ilə birgə İranı tam nəzarətdə saxlayırdılar. Nəzarət respublikaçılardan demokratlara, yəni Cimmi Karterə keçincə, ssenaridə redəktələr başladı. İran inqilabının əslində baş memarı o idi - Cimmi. Xomeyni bu siyasi çempionatda yalnız ikinci yerdədir.ABŞ liberallarından sonra bu xəttə indi liberal Fransa qəyyumluq etmək istəyir. ABŞ konservatorları ilə münasibətlərini korlayan Tehran indi bütün futuristik siyasətini Fransaya, yəni liberal kluba bağlamaq niyyətini artıq gizlətmir də. Fransa 2015-ci il “İran atom dosyesi” çərçivəsində Amerika liberalları, Demokrat partiyası ilə eyni “Tehran standartı”nı da imzalamışdı elə bil. Tehran-Vaşinqton-Paris sinxronizmi bu nöqtədən başlayır. Barak Obamanın əsas xətti bu idi - İranla münasibətləri respublikaçılardan qopatmaq. Liberalların yeni redaktəsinə vermək.Fransa bu xəttin gizli qarantı olmalı idi. Bu “Atom dosyesi” həm də liberalların güclü aerokosmik projesi idi. Fransa-İran-ABŞ münasibətləri neftə bağlılığını tədricən itirməli idi. Neft gəlirləri Fransanın Tuluzadakı “SAS” ( Société par Actions Simplifiée) aerokosmik sənayesinə yatırılmalı idi. Öhdəlik belə idi - İran 300 ədəd “Airbus” təyyarələrini almağı boynuna götürür. Əvəzində Paris və ABŞ lebaralları... Cümləmə boş yerə nöqtələr artırmıram. Sazişin bu nöqtədən gizli sətirləri başlayır. İndi özünüz düşünün, nələr ola bilər orada.İran konservatoru Seyid Əli Xamneyi liberal islahatçı Cavad Zərifin bu beynəlxalq qələbəsinə qarşı öz tərəzisini qurmuşdu. Atom dosyesini öz namizədi Məhəmməd Bağır Qalibaf fiquru ilə sığortalamışdı. Bax, bu Qalibaf haqda biz burada ayrıca abzas açmalıyıq.O, vaxtilə Fransada, həmin bax o SAS şirkətində “Airbus” təyyarələrinin pilotu kimi staj keçib. Təlimlərə qatılıb. İran Ali Təhlükəsizlik Şurasının icazəsi, göstərişi ilə Fransa DGSE kəşfiyyatı ilə əlaqələr qurub həm də. 2015-ci il İran atom dosyesinə alternativ rəhbər kimi, yəni... Yəni, Cavad Zərifin dublikatı kimi qatılıb. Ancaq bu cür ikibaşlı oyunları nəzarətdə saxlamaq çox çətindir.İkili agent oyunlarında çox vaxt bilmək olmur sən Fransaya işləyirsən, yoxsa İrana?Məhəmməd Baqir Qalibafla Fransa kəşfiyyatı DGSE-nin əlaqə kanalı Tehrandakı 17 mərtəbəli “Plasko” göydələnindən aparılırdı.Hər şəhərdə bu cür casus (La tour des espions) güllələri mövcuddur. Tehranda belə qüllə hələ uzaq 1962-cı ildə yəhudi əsilli biznesmen Həbib Elxaniyan tərəfindən ucaldılmışdı. İnqilabdan sonra orada kasıbların “Mostafazan Foundation” xeyriyyə cəmiyyətinin yerləşdirilməsi heç də o demək deyildi ki, bu 17 mərtəbəli göydələn öz təyinatını dəyişib. Yox. Bina öz casus məzmununu saxlayırdı. Kuratoru da bax bu Məhəmməd Baqir Qalibaf idi.2017-ci lin 19 yanvarında Tehrandakı bu bina qəfil alovlanaraq külə çevrildi. Qalibaf o vaxt Tehranın meri idi, yaxud İran Daxili işlər naziri, səhv etmirəmsə. Yanğın yerinə o, çox gec gəlmişdi. İnsanları, yanğınsöndürənləri labüd ölümdən qurtarmağa tələsmirdi əsla. Əksinə. Tədqiqatları, yanğınsöndürmə tədbirlərini ləngidirdi bilə-bilə. Sonrakı tədqiqat komissiyaları Qalibafın bu cinayətkar əməllərini xüsusi qeyd etmişdilər.Bayaq sinxronizmlər haqda danışmışdıq yuxarıda. “Plasko” göydələni ilə yanaşı, o vaxt kəsiyi çərçivəsində bir başqa yanğın da qeydə alınmışdı. Parisdə. Fransa kəşfiyyatı DGSE-nin casus qülləsi də o vaxt müəmmalı şəkildə yanmışdı.Sinxronizmlər danılmazdır. Ssenari eynidir. Fransa kəşfiyyatı DGSE, unutmayaq, İsrail "Mossad"ına qarşı mübarizəsində İran "Sepah" ilə əməkdaşlıq edib. İndi də edir. Hər halda Fransanın məşhur “Büro” serialının 3-cü sezonunda bu haqda maraqlı məlumatlar, kadrlar, epizodlar sərgilənir.DGSE ilə "Mossad"ın dava coğrafiyasına Bakı da daxildir (“Büro” serialının axırına baxmağınızı xüsusiilə tövsiyə edərdim).Filmdə Məhəmməd Baqir Qalibafın DGSE ilə "Sepah" əlaqələndiricisinin zəif kölgəsi də var.P.S. İran-Fransa ittifağı anqlosakslara, Netanyahuya, Trampa qarşı labüd ssenari idi. Parisdəki İran səfirinin dəyişilməyi də bu ssenarinin cümlələrindəndir. Konseravatorların namizədi Məhəmməd Baqir Qalibafdır bu ssenaridə. İslahatçılarınkı isə Məsud Pezeşkian.Növbəti yanğın Qalibafı alışdırdı. Bu dəfə yanan "Plasko" göydələni deyildi. Yangınla bağlı sənədlərdir.

Seçilən
57
anspress.com

1Mənbələr